Güclü külək və yağış bir sıra fəsadlar törədib - FOTO

Güclü külək və yağış qərb bölgəsində bir sıra fəsadlar törədib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Gəncə şəhərində günorta saatlarından başlayaraq əsən güclü külək şəhər ərazisində bir neçə iri gövdəli ağacları aşırıb. Ağaclardan bəziləri yaxınlıqdakı avtomobillərin üzərinə düşüb. Xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Şəhərin Heydər Əliyev prospektində "Mercedes" markalı avtomobilin üzərinə ağacın aşması nəticəsində yolda bir müddət nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Eyni zamanda güclü külək Şəmkir, Tovuz və Ağstafa rayonlarında da müşahidə olunub. Elektirik dirəklərinin aşması səbəbindən bəzi ərazilərdə elektirik enerjisinin verilməsində fasilələr yaranıb. Gədəbəy rayonuna isə dolu düşüb. Nəticədə meyvə ağaclarına və əkin sahələrinə ziyan dəyib.
Qeyd edək ki, bölgədə küləkli və yağıntılı hava şəraiti davam edir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
















