“Günəşdə fasilələrlə kiçik həyəcanlaşmalar qeydə alınıb”

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 4-nə olan kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan Avtosfer.az-a verilən məlumata görə, kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 300 km/san-dən 370 km/san-yə qalxıb. Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrlə kiçik həyəcanlaşmalar qeydə alınıb (Kp=3, 4).
Rəsədxanadan bildirilib ki, proqnoz dövründə (04 - 06 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 4 - 6 iyulda Günəş küləyi parametrlərinin güclənəcəyi proqnozlaşdırılır. Belə ki, Günəş küləyinin sürəti 450-550 km/san diapazonuna kimi arta bilər.
Proqnoz dövründə (04 - 06 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılsa da mənfi qütblü CH HSS effektinin təsiri hesabına fasilələrlə həyəcanlaşmaların yaranacağı istisna edilmir (Kp=3, 4). Belə həyəcanlaşmalar əsasən 5 və 6 iyul tarixləri üçün xarakterik olacaq. Maqnit qasırğasının yaranması ehtimalı 4 iyulda 5%-dən, 5 iyulda 20%-dən, 6 iyulda isə 10%-dən aşağı qiymətləndirilir.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











