Gürcülər yenə Azərbaycanın Şimal-qərb regionlarına göz dikib; nə baş verir? - AÇIQLAMA

Qafqaz Albaniyasının bugünkü Azərbaycan ərazisindəki tarixi irsi və bu irsin Gürcüstan tərəfindən necə təqdim olunması son dövrlərdə müzakirə olunan məsələlərdəndir. Xüsusilə Qaxdakı Müqəddəs Giorgi kilsəsi kimi abidələr üzərindən Azərbaycanın bəzi ərazilərinə dair tarixi iddialar səsləndirilir.
Avtosfer.az xəbər verir ki, tarixçilər və tədqiqatçılar Qafqaz Albaniyasının siyasi və mədəni irsinin hansı əraziləri əhatə etdiyini, albanların etnik mənsubiyyəti ilə bağlı yanaşmaları və bu abidələrin müasir ərazi iddialarında əsas kimi istifadə edilməsinin nə dərəcədə əsaslı olduğunu müzakirə edirlər. Bəs Qafqaz Albaniyasının Azərbaycanın bugünkü ərazisində hansı tarixi izləri qalıb və bu iddialara tarix və elmi faktlar əsasında necə cavab verilməlidir?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Qafqaz Albaniyasının bugünkü Azərbaycan ərazisində kifayət qədər çoxsaylı tarixi izləri var:
''Xüsusilə ölkənin şimal bölgələrində albanlara aid tarixi abidələrə tez-tez rast gəlinir. Şəki, Qəbələ, Zaqatala, Balakən və Qaxda bu abidələrin nümunələri mövcuddur. Ümumilikdə Azərbaycanın ərazisinin böyük hissəsində Qafqaz Albaniyasına aid tarixi izlərə rast gəlmək mümkündür. Bu abidələrin dəyişdirilməsi və başqa xalqların adına çıxılması, onların başqa cür təqdim edilməsi, yaxud müasir xalqlarla birbaşa əlaqələndirilməsi qəbulolunmazdır. Albanlar Azərbaycan xalqının tarixi formalaşmasında iştirak edən əcdadlardan biri olub və onların irsinin qorunması bizim üçün mühüm əhəmiyyət daşıyır. Bu irsin başqa formada təqdim edilməsi təəssüf doğuran haldır''.
Politoloq qeyd edib ki, bəzi hallarda Gürcüstandakı etnik-milliyyətçi qruplar tərəfindən də Azərbaycanın əleyhinə bu istiqamətdə çağırışlar səsləndirilir:
''Lakin bunun tarixi əsası yoxdur. Tarixi faktlar və elmi araşdırmalar göstərir ki, Qafqaz Albaniyasının irsi və onun ərazisində mövcud olmuş dövlətçilik ənənələri bugünkü Azərbaycan ərazisinin tarixinin mühüm hissəsidir. Qafqaz Albaniyasının dövlətçilik və mədəni irsi Azərbaycan tarixinin tərkib hissəsidir. Bu səbəbdən həmin abidələrin başqa dövlətlərin və ya xalqların tarixi irsi kimi təqdim olunması elmi faktlarla əsaslandırılmalıdır. Eyni zamanda, Azərbaycan ərazisində digər xalqlara məxsus mədəni irsin mövcudluğu da tarixi proseslərin nəticəsi kimi qiymətləndirilməlidir''.
Tarixçi Zaur Əliyevin fikrincə, Qafqazda yerləşən Albaniya ölkəsini bəzi xalqların adına bağlamağa cəhdlər olub:
''Məsələn, erməni mənbələri ərəblərə istinadən buranın “Əl-Ərmən ölkəsi” kimi yazıldığını iddia edirlər. İbn Xordadbeh, əl-Yəqubi, İbn əl-Fəqih və bəzilərinin əsərlərində adı çəkilən “Əl-Ərmən ölkəsi” barədə qeydləri özününküləşdirməyə cəhd edirlər. Lakin bir məqamı unudurlar ki, ərəb müəllifləri Suriya, Sasanilər, Albaniya ərazilərində azsaylı xristian əhali içərisində “hay” adının olmasını da yazırlar. “Əl-Ərmən ölkəsi”nin sakinlərini isə mülayim xarakterə malik türklər adlandırırlar. “Ər-Mən” zamanla fars və ərəb dillərinə deformasiya olunan “Alban, Alpan, Alp, Ər insan” kimi qədim türk sözündən əmələ gəlib. “Alp Ər Tonqa” adlı türk xaqanının olması göstərir ki, “Alp” və “Ər” sözləri qədim türklərdə titul mənası daşıyıb. Bir çox mənbələr ingilis dilində olduğu üçün bəzi ölkələrdə “Ər kişi” (Ar Man) sözü kimi də qəbul edilir. 1846-cı ildə rus şərqşünası M.Yanovskinin tədqiqatlarından sonra Albaniyanın Azərbaycan olduğu bütün dünyaya bəyan edilib. Onun bu mövqeyi B.Dorn tərəfindən də qəbul olunub. Beləliklə, Albaniyanın “Qafqaz Azərbaycanı” olması təsdiqlənib. Məsələn, XII əsr müəllifi Mxitar Qoş Rəvvadilər, Səlcuqlar, Atabəylər dövrü hadisələrindən danışarkən ölkəni yenə də Albaniya, əhalini isə azərbaycanlılar kimi qeyd edib. Qafqaz Albaniyası Azərbaycanın dövlətçilik tarixində fundamental və əvəzolunmaz yer tutan qədim bir sivilizasiyadır. Bu dövlətin varlığı və mədəni irsi, bu gün ölkəmizin bütöv coğrafiyasında – Şimaldan Cənuba, Şərqdən Qərbə qədər ucalan möhtəşəm abidələrlə təsdiqlənir. Lakin son dövrlərdə regional miqyasda, xüsusilə Gürcüstanın bəzi siyasi və elmi dairələrində Qax rayonundakı Müqəddəs Georgi kilsəsi kimi gec dövr abidələrini əsas gətirərək Azərbaycan torpaqlarına dair əsassız iddialar səsləndirilməsi, həmçinin qədim albanların gürcülərin əcdadları olması barədə uydurma tezislərin irəli sürülməsi müşahidə olunur. Bu cür spekulyasiyaların qarşısını almaq üçün tarixi həqiqətlərin elmi əsaslarla və sistemli şəkildə ortaya qoyulması zəruridir''.
Tarixçi qeyd edib ki, iddialara mövzu olan bu kilsə qədim alban dövrünə aid deyil:
''Abidə subyekt statusu etibarilə çox gəncdir; 1888-ci ildə Çar Rusiyasının Qafqazda həyata keçirdiyi xristianlaşdırma və ruslaşdırma siyasətinin tərkib hissəsi olaraq, "Qafqazda Pravoslav Xristianlığın Bərpası Cəmiyyəti"nin vəsaiti hesabına tikilmişdir. XIX əsrin sonuna aid bir dini tikilinin qədim ərazi iddialarına argüman edilməsi heç bir hüquqi və elmi məntiqə sığmır. Antik dövrün dahi coğrafiyaşünası Strabonun da qeyd etdiyi kimi, Albaniya 32 türk tayfasının ittifaqından ibarət idi. Albanların gürcülərin əcdadı olması iddiası elmi cəhətdən tamamilə əsassızdır. Alban xristian memarlığının özünəməxsus konstruktiv xüsusiyyətləri (günbəz quruluşu, daxili apsida planlaması, hörgü texnikası) gürcü pravoslav memarlığından kəskin şəkildə fərqlənir. Bu fərqlər akademik səviyyədə, xarici dillərdə monoqrafiyalar və UNESCO xətti ilə beynəlxalq müstəviyə çıxarılmalıdır. Azərbaycan bu gün Müqəddəs Georgi kilsəsini yerli əhəmiyyətli abidə kimi dövlət mühafizəsinə alıb və buradakı gürcü icmasının ibadətinə tam şərait yaradıb. Bu multikulturalizm siyasəti dünyaya fəxrlə təqdim edilməli, lakin rəsmi Tiflisə və gürcü cəmiyyətinə aydın mesaj verilməlidir: Azərbaycanın tolerantlığı və humanist addımları heç bir halda tarixi saxtakarlaşdırma və suveren ərazilərə gizli iddialar üçün platformaya çevrilə bilməz. Qafqaz Albaniyasının irsi Azərbaycan xalqının tarixi kimliyinin tərkib hissəsidir. Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslər fonunda tarixi abidələrin siyasiləşdirilməsi və qonşu dövlətlərin daxili işlərinə müdaxilə alətinə çevrilməsi cəhdləri qəbuledilməzdir. Azərbaycan, öz torpaqlarındakı hər bir tarixi daşa sahib çıxdığı kimi, onun üzərində qurulacaq hər cür saxta ssenariləri də elmin və hüququn gücü ilə iflasa uğratmağa qadirdir''.
Fatimə
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ











