Gürcüstan aeroportlarında sərnişin daşımaları artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın hava limanlarından istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% artaraq 4 139 955 nəfərə çatıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, iyulun 8-də Gürcüstan və Rusiya arasında hava nəqliyyatının kəsilməsi səbəbindən bu göstərici həmin dövr üçün müəyyənləşdirilən proqnozdan 9-10% az olub. Belə ki, Agentlik artım tempini 14-15% səviyyəsində olacağını proqnozlaşdırırdı. Hesabat dövründə Tbilisi Beynəlxalq Aeroportu 2 971 398 sərnişinə, Batumi hava limanı isə 524 068 sərnişinə xidmət edib. Bu ilin ilk doqquz ayında Gürcüstanda hava nəqliyyatı ilə daşınan yüklərin həcmi isə 18 507,7 ton təşkil edib ki, bu, illik müqayisədə 380,1 ton və ya 2% azdır.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












