Gürcüstan dəmiryolçuları kütləvi tətilə hazırlaşır

Gürcüstanda dəmir yolu işçiləri əməkhaqlarının 50% artırılması tələbi ilə kütləvi tətil elan etməyə hazırlaşırlar. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Rustavi 2” televiziya kanalı məlumat yayıb. Dəmir Yolu Həmkarlar İttifaqının üzvü Tenqo Dvalişvili bildirib ki, Gürcüstanda sosial durum ağırlaşır və dəmir yolu işçilərinin maaşları ilkin tələbat ərzaq məhsullarına belə kifayət etmir. O, ölkədə dəmiryolçuların maaşlarının 2012-ci ildən etibarən artırılmadığını deyib. T.Dvalişvili qeyd edib ki, bu günə qədər 4800 dəmir yolu işçisi əməkhaqlarının artırılması ilə bağlı petisiyanı imzalayıb. “Gürcüstan dəmir yolları” SC-nin rəhbərliyi dəmiryolçularla danışıqlar aparmaqdan imtina edib.
Dəmiryolçuların kütləvi tətili avqustun 10-da planlaşdırılacaq. Tətil keçirilsə, bu, həm ölkədaxili, həm də beynəlxalq yük və sərnişin daşımalarının dayanmasına gətirib çıxara bilər.
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO












