Gürcüstan Rusiya ilə uçuşları bərpa etməyə hazırdır

Gürcüstan Rusiya ilə uçuşları bərpa etməyə hazırdır və bu istiqamətdə texniki problemlər yoxdur. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya ilə əlaqələrin tənzimlənməsi üzrə Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib. "Yalnız onu deyə bilərəm ki, uçuşların dayandırılması ilə bağlı qərarı Rusiya tərəfi birtərəfli qaydada qəbul edib. Onların belə bir istəyi varsa, bu qadağanı onlar özləri aradan qaldıra bilərlər. Texniki baxımdan Gürcüstan tərəfindən uçuşların bərpası ilə bağlı heç bir problem yoxdur. Ümumiyyətlə, uçuşlara qoyulan qadağanın qaldırılmasını alqışlayırıq ", - deyə Abaşidze qeyd edib.
Qeyd edək ki, bu gün Zurab Abaşidze Praqada Rusiyanın Federasiya Şurasının üzvü Qriqori Karasin ilə görüşəcək.
Xatırladaq ki, bir neçə gün öncə "İzvestiya" qəzeti Rusiya hökumətindəki mənbəyə istinadən, Rusiya ilə Gürcüstan arasındakı hava əlaqələrinin 2020-ci ilin ilk yarısında bərpa ediləcəyi ilə bağlı məlumat yaymışdı.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












