Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq avtomobil yükdaşımaları üçün elektron icazələrin verilməsi və mübadiləsi prosesinə başlayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq yükdaşımaları həyata keçirən Gürcüstan daşıyıcıları artıq Türkiyədə olduğu kimi, Azərbaycanda da elektron icazələrdən istifadə edəcəklər. Qeyd olunub ki, analoji sistem 2026-cı ilin iyul ayının əvvəlindən Türkiyə ilə daşımalarda da tətbiq edilir.
Nazirliyin Quru Nəqliyyatı Agentliyinin direktoru Bakur Mikadzenin sözlərinə görə, rəqəmsal sistem inzibati prosedurları sadələşdirir, məlumat mübadiləsini sürətləndirir və kağız sənədlərə ehtiyacı minimuma endirir.
O bildirib ki, elektron icazələrin verilməsi və monitorinqi beynəlxalq yükdaşımalarının idarə olunmasını daha şəffaf və səmərəli edir, daşıma əməliyyatlarının icra müddətini əhəmiyyətli dərəcədə azaldır.
Məlumata görə, Gürcüstan və Azərbaycan arasında əldə olunan razılaşmaya əsasən, 2026-cı il üçün bütün növ icazə sənədləri üzrə 1000 elektron icazə mübadiləsi həyata keçiriləcək. 2027-ci ildən isə sistemin tam rəqəmsal formata keçirilməsi planlaşdırılır.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












