Gürcüstana gedən sərnişinlər necə sığortalanacaqlar? - TARİFLƏR AÇIQLANDI

Mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı dəmir yolu reysi fəaliyyətini bərpa edir. "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti artıq biletlərin qiymətini də açıqlayıb. Rəsmi açıqlamaya görə, səyahət qiyməti marşrut üzrə dəyişir. Yəni Bakı - Tbilisi marşrutu üzrə bir nəfər üçün birtərəfli istiqamətdə biletin qiyməti 81 manat, Yevlax - Tbilisi 67, Gəncə - Tbilisi 62, Ağstafa - Tbilisi 57, Böyük Kəsik - Qardabani mənzili üzrə isə 51 manatdır. ADY-dən Avtosfer.az-a verilən məlumata görə, qurum yalnız bilet satışını həyata keçirir və səyahət sığortası bilet qiymətinə daxil deyil.
Gürcüstan hökumətinin qəbul etdiyi yeni qanuna görə, ölkə ərazisinə daxil olan hər bir sərnişin ayrı-ayrılıqda sığortlanmalıdır.
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə Gürcüstana səyahət edən sərnişinlərin sığortası necə həyata keçiriləcək və bir nəfərin sığortası neçəyə başa gəlir?
Avtosfer.az-ın məlumatına görə, sığorta eksperti Nicat Əlibəyli Oxu.az-a açıqlamasında bildirib ki, Gürcüstana səfərlə bağlı tələb olunan səyahət sığortası Azərbaycandakı sığorta şirkətləri tərəfindən də təqdim olunur:
"Sığortanı həm onlayn, həm də ofisə yaxınlaşaraq bir neçə dəqiqəyə rəsmiləşdirmək mümkündür. Qiymətlər səfər müddətinə görə dəyişir. Hazırda minimum 3 günlük sığorta təxminən 11-12 manatdan başlayır. 30 günlük sığorta isə orta hesabla 26-28 manat civarındadır. Məbləğ seçilən təminat paketinə və sığorta şirkətinə görə dəyişə bilər".
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












