Gürcüstanda qız qaçıran azərbaycanlılar saxlanılıb

Gürcüstanda polis Qardabani rayonunun Təzəkənd kəndində 19 yaşlı qızı qaçıran iki azərbaycanlını saxlayıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Təzəkənd kənd sakinləri 1990-cı il təvəllüdlü F. A və 1991-ci il təvəllüdlü İ. A həmkəndliləri 2000-ci il təvəllüdlü B. G-ni zorla avtomobilə mindirərək Marneulinin İkinci Kosalı kəndinə qaçırıblar və F. A onunla zorla evlənməyə çalışıb. Lakin B. G qaçmağa nail olub. Bundan sonra qızı qaçıran şəxslər də kənddən qaçıblar.
Həmin şəxslər Tbilisidə polisin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.
Faktla bağlı azadlıqdan qanunsuz məhrumetmə maddəsi ilə cinayət işi başlanıb.
Fakt təsdiqini taparsa, saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












