Gürcüstandakı “insan mərkəzli küçə” nümunəsi Bakıya gətirilə bilər? - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə şəhərin əsas küçələrindən biri olan Rustaveli prospektinin əsaslı yenidən qurulmasına başlanılır. İyulun 23-dən start veriləcək layihənin məqsədi prospekti avtomobilyönümlü magistraldan bütün hərəkət iştirakçıları üçün təhlükəsiz, rahat və əlçatan ictimai məkana çevirməkdir.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev paylaşım edib.
Ekspertin sözlərinə görə, Tbilisi Nəqliyyat və Şəhərsalma Agentliyinin rəhbəri Nino Baqaşvilinin də qeyd etdiyi kimi, hazırkı Rustaveli prospekti əsasən avtomobillərin hərəkətinə xidmət edir. Bu isə piyadaların rahatlığını məhdudlaşdırır. Hazırda insanlar küçəni əsasən yeraltı keçidlər vasitəsilə keçməyə məcbur olur ki, bu da yaşlılar, əlilliyi olan şəxslər, uşaq arabasından istifadə edən valideynlər və digər piyadalar üçün ciddi çətinlik yaradır.
Rauf Ağamirzəyev bildirib ki, yenidənqurma layihəsi çərçivəsində piyadalar üçün maneəsiz və təhlükəsiz hərəkət imkanları yaradılacaq, əlçatanlıq standartları tətbiq ediləcək, velosiped infrastrukturu inkişaf etdiriləcək, ictimai nəqliyyatın hərəkəti və dayanacaqları daha səmərəli təşkil olunacaq. Eyni zamanda, küçə məkanı avtomobillərlə digər hərəkət iştirakçıları arasında daha balanslı şəkildə bölüşdürüləcək.
Ekspert qeyd edib ki, layihə təkcə Rustaveli prospektini deyil, Aleksandr Çavçavadze, Qriboedov və ətraf küçələri də əhatə edəcək. Bununla Tbilisinin mərkəzində müasir şəhərsalma prinsiplərinə uyğun yeni şəhər məkanı formalaşdırılacaq.
Dünyada şəhərsalma siyasəti artıq avtomobillərin üstünlük təşkil etdiyi yanaşmadan uzaqlaşaraq insan mərkəzli küçə konsepsiyasına keçir. Bu modeldə küçələr yalnız nəqliyyat dəhlizi deyil, insanların rahat hərəkət etdiyi, vaxt keçirdiyi və təhlükəsiz istifadə etdiyi ictimai məkan kimi nəzərdə tutulur.
Ekspert vurğulayıb ki, Rustaveli prospektinin yenidən qurulması region üçün mühüm nümunələrdən biri olacaq və bu təcrübə gələcəkdə Bakıda da şəhər küçələrinin daha əlçatan, təhlükəsiz və komfortlu şəkildə yenidən təşkil edilməsi baxımından maraqlı model kimi qiymətləndirilə bilər.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












