Hacıqabulda narkotik vasitənin satışı ilə məşğul olan şəxs saxlanılıb

Hacıqabul rayonunda narkotik vasitənin satışı ilə məşğul olan şəxs saxlanılıb. Avtosfer.az-ın “Report”a istinadən xəbər verir ki, Hacıqabul şəhəri, Z.Tağıyev küçəsi, 140 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Həsənov Adəm Ağaisa oğlu qanunsuz olaraq əldə etdiyi 17 ədəd bükümdə, ümumi çəkisi 0,554 qram narkotik vasitə - heroini üzərində gəzdirdiyi üçün Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən əməliyyat tədbirləri çərçivəsində məlum olub ki, A.Həsənov narkotik vasitəni Hacıqabul şəhər sakini, H.Aslanov küçəsi, 3 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Vəkilov Rafael Yusif oğlundan 30 manata alıb. Sonuncunun üzərində axtarış aparılan zaman ondan 0,239 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. A.Həsənov barəsində Cinayət Məcəlləsinin 234.1-ci, R.Vəkilov barəsində isə 234.2-ci maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











