Hacıqabulda oğurluq edən şəxslər saxlanılıblar

Hacıqabulda oğurluq edən şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan Regional qrupundan Avtosfer.az-a məlumat verilib.
Belə ki, oktyabrın 28-də Hacıqabul rayonu Muğan qəsəbə sakini Şöhrət Zeynalov Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus mağazadan 450 manat pulun oğurlanması ilə bağlı məlumat verib.
Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Zeynalov saxlanılıb.
Bununla yanaşı, rayon ərazisində vətəndaşa məxsus nar bağından oğurluq etməkdə şübhəli bilinən Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini Davud Heydərov, restoranların birindən su borularını oğurlamaqda şübhəli bilinən rayon sakini Vüsal Şiralıyev saxlanılıb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












