Hakimdən tarixi qərar: bir cinayətə görə 16 nəfərə edam cəzası verildi

Banqladeşdə bir şagirdi yandıraraq ölümünə səbəb olan məktəb direktoru və hadisədə iştirak edən 16 nəfərə edam cəzası verilib. Avtosfer.az xəbər verir ki, dəhşətli hadisə ölkənin Feni şəhərində qeydə alınıb.
Məlumata görə, hadisələr 2019-cu ilin martın 27-də məktəb direktorunun otağında başlayıb.
Məktəb direktorunun təcavüzünə məruz qalan Nusrat Cahan Rafi, vəziyyəti ailəsinə danışıb.
Ailə, direktorla bağlı müvafiq qurumlara şikayət edib. Bundan sonra direktor barəsində cinayət işi qaldırılaraq, iş baxılması üçün məhkəməyə göndərilib. Hakim qarşısına çıxarılan direktor Sirac-Udovla həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Həbsxanadan Nusrat Cahan Rafini öldürmək planları hazırlayan müdir, məktəbdən özünə yaxın şagirdləri çağıraraq onları təlimatlandırıb. Rafinin öldürülməsini istəyən Sirac-Udovla, beynində cızdığı planları bir-bir şagirdlərinə söyləyib.
Məktəb müdiri ilə görüşlərdən sonra, aprelin 6-da keçiriləcək imtahan qabağı məktəbin qarşısında Rafini gözləyən şagirdlər, onu xəlvət bir əraziyə qaçıraraq yandırıblar.
Hadisə yerində ağır yanıq xəsarətləri ilə tapılan Rafi, əvvəlcə Feni Xəstəxanasına daha sonra isə Dəkkədəki xəstəxanaya yerləşdirilib.
Lakin, həkimlərin bütün səylərinə baxmayaraq, Rafi aprelin 10-da həyatını itirib.
Ölkə daxilində böyük rezonansa səbəb olan hadisədən sonra Baş nazir Şeyx Hasina, Rafinin ailəsini ziyarət edərək, qısa müddət ərzində günahkarların cəzalandırılacağına söz vermişdi.
Hadisədən 61 gün sonra, bu gün yerli saatla 11.08 radələrində cinayətkarlar barəsində qərar qəbul edilib.
Qərarı açıqlayan hakim Md. Mamun Ur Rəşid, məktəb müdiri də daxil olmaqla 16 nəfərin edam cəzası ilə cəzalandırılmasına hökm verib.
Namiq Musayev

İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












