Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı

Bakıda yağışlı havanın davam edəcəyi gözlənilir. Payızın gəlişi ilə yağıntıların artacağı gözlənildiyindən, güclü yağışların şəhər infrastrukturuna yarada biləcəyi risklər də yenidən gündəmə gəlir.
Avtosfer.az xəbər verir ki, bu barədə ekoloq Sadiq Həsənov danışıb. O deyib ki, yağışlı hava şəraiti gözlənilən idi:
“Çünki yay aylarının həddindən artıq isti keçməsi və quraq havaların uzunmüddətli olması buxarlanma səviyyəsini artırıb. Beləliklə, atmosferdə rütubətin səviyyəsi yüksəlib. Bu da yağıntıların formalaşmasına təsir edən əsas amillərdən biridir”.
Ekoloqun sözlərinə görə, son dövrlərdə qısa müddət ərzində çox böyük həcmdə yağıntıların düşməsi, nəticədə isə sel və daşqınların baş verməsi hallarını daha çox müşahidə edirik:
“Bəzən bir neçə gün ərzində düşməli olan yağıntı çox qısa müddətdə düşür. Aidiyyəti dövlət qurumları Bakı şəhərində, eləcə də digər regionlarda qabaqlayıcı tədbirlər görməlidirlər. Çünki güclü yağış və sel zamanı hansı fəsadların yarandığını artıq görmüşük”.
S.Həsənov bildirib ki, rayonlarda nəzarət gücləndirilməlidir:
“Xüsusilə Azərbaycanın qərb və dağlıq rayonlarında – Oğuz, İsmayıllı, Şamaxı, Qax, Zaqatala və Balakən ərazilərində daha intensiv yağıntıların müşahidə olunması ehtimalı var. Biz bu proseslərin qarşısını tamamilə almaq gücündə deyilik. Lakin erkən xəbərdarlıq sistemləri gücləndirilməli, müvafiq tədbirlər planları hazırlanmalı və belə hava şəraitində mümkün fəsadların minimuma endirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülməlidir.
Çünki yağıntıların qısa müddətdə və həddindən artıq çox düşməsi nəticəsində qəfil sellərin yaranması artıq təbii risklərdən birinə çevrilib və bu, insanlara, yaşayış məntəqələrinə və infrastruktura ciddi zərər vura bilər.
Ümid edirəm ki, budəfəki yağışlar zamanı əvvəlki hadisələrdə müşahidə etdiyimiz fəsadların təkrarlanmasının qarşısını almaq üçün daha hazırlıqlı olacağıq”./globalinfo.az
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO












