Hava limanında Pakistan vətəndaşları saxlanılıb - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGI) əməkdaşları xeyli sayda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, HNBGI Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Doha-Bakı aviareysi ilə gələn Pakistan İslam Respublikası vətəndaşları nəzarətə götürülüb. Həmin şəxslər "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.
Daha sonra təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunublar. Bu zaman Pakistan Respublikası vətəndaşlarından, ümumilikdə 10 ədəd "İphone" markalı mobil telefonlar aşkarlanıb.
Araşdırma nəticəsində məlum olub ki, həmin vətəndaşlardan biri "İphone" markalı mobil telefonları gömrük nəzarətinə əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan etmədən güzəştli qaydada keçirmək məqsədi ilə onunla birlikdə Doha-Bakı aviareysi ilə gələn sərnişinlərə paylayıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI













