Hazırkı dövrdə Azərbaycanın ciddi su problemi yoxdur, gələcəkdə isə... - Qorxmaz İbrahimli

Son illərdə iqlim dəyişikliyi, qlobal istiləşmə və su ehtiyatlarının azalması dünya miqyasında ciddi problemlərdən birinə çevrilib. Havanın istiləşməsi, yağıntıların azalması və səhralaşma prosesi su ehtiyatlarına mənfi təsir göstərir. Xüsusilə transsərhəd çaylardan asılı olan ölkələr üçün bu məsələ daha da vacib xarakter daşıyır.
Suvarma və içməli su ehtiyatlarının düzgün idarə olunmaması, yeni su anbarlarının yaradılmaması və su ehtiyatlarından səmərəli istifadə edilməməsi gələcəkdə ciddi çətinliklər yarada bilər. Bəs, Azərbaycanda su qıtlığı təhlükəsi varmı?
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Avtosfer.az-a bildirib ki, dünyada, xüsusilə son 20 ildə qlobal istiləşmə və iqlim dəyişiklikləri daha kəskin şəkildə hiss olunmağa başlayıb:

“Bu səbəbdən mövzu qlobal miqyasda geniş müzakirə olunur. İqlim dəyişikliyi, xüsusilə havanın istiləşməsi və səhralaşma prosesi su ehtiyatlarının azalmasına səbəb olur. Qar və yağış sularının miqdarı aşağı düşür. Hazırkı dövrdə bu vəziyyət daha çox hiss olunsa da 100 il sonra fərqli mənzərənin yaranması mümkündür. Bununla belə, bu gün su ehtiyatları dünyanın ən mühüm problemlərindən birinə çevrilib.
Su ehtiyatlarının əsas mənbələrindən biri qar və yağış sularıdır. Xüsusilə Şimal yarımkürəsində qarın az yağması Azərbaycanın su ehtiyatlarına da mənfi təsir edir. Artan kənd təsərrüfatı fəaliyyəti və əkinçilik quraqlıq fonunda su ehtiyatlarının azalmasına gətirib çıxarır. Azərbaycanın əsas su ehtiyatları transsərhəd çaylardan – Kür, Araz və Samur çaylarından formalaşır. Bu çaylar mənbədən mənsəbə axarkən müxtəlif ərazilərdən keçirlər və həmin bölgələrdə kənd təsərrüfatı inkişaf etdiyindən suvarma üçün daha çox su istifadə olunur. Bu vəziyyət aşağı axarda yerləşən ölkələrdə su qıtlığı riskini artırır.

Təəssüf ki, bu il Şimal yarımkürəsində qar yağışı az olub. Artıq qış mövsümünün sonuna yaxınlaşırıq və ümid edirik ki, gələn il daha əlverişli olacaq. Eyni zamanda, yaz və payız yağışları bu açığı kompensasiya edə bilər”.
Ekoloq əlavə olaraq bildirib ki, hazırkı dövrdə Azərbaycanın ciddi su problemi yoxdur:
“Qlobal miqyasda su qıtlığı riski nəzərə çarpsa da ölkəmiz üçün hələlik kritik vəziyyət yaranmayıb. Əsas məsələ su ehtiyatlarından səmərəli istifadə etmək, suvarma və içməli su sistemlərini düzgün idarə etməkdir. Su anbarlarının yaradılmasına diqqət yetirmək lazımdır. Hazırda yalnız Mərkəzi Aran, Salyan və Qarabağın bəzi aran ərazilərində müəyyən çətinliklər müşahidə edilsə də, ümumilikdə ciddi bir təhlükə yoxdur. Azərbaycanın su ehtiyatları ilə bağlı gələcəkdə müəyyən risklər yarana bilsə də bu gün üçün ölkədə su qıtlığı problemi mövcud deyil”.
Eltac Zülfüqaroğulu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












