Hazırlaşın - Tezliklə köhnə avtomobillər yığışdırılacaq

Yaxın zamanlarda yollarda şütüyən köhnə avtomobillər yığışdırılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a nəqliyyat eksperti Elməddin Muradlı məlumat verib.
O qeyd edib ki, bu ilin yanvar-avqust aylarında idxalın iki dəfə artması da bununla bağlıdır. Köhnə avtomobillərin utilizasiyası ilə bağlı Prezident İlham Əliyev tərəfindən 5 illik dövlət proqramının təsdiqlədiyini dilə gətirən E. Muradlı bildirib ki, buna əsasən, yaxın vaxtlarda proqram həyata keçiriləcək. "İnsanlar da başa düşürlər ki, köhnə maşınlardan yaxa qurtarmaq lazımdır. Onu da əlavə edim ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sayı artıb. Çünki bəzi taksi şirkətləri öz fəaliyyətini genişləndirir. Turistlər çox gəldikcə artan tələbatı qarşılamaq üçün sərnişindaşıma şirkətləri mikroavtobusların sayını artırır. Bu səbəbdən də taksi şirkətləri üçün nisbətən ucuz və təzə maşınların alınmasına üstünlük verilir".
E.Muradlı həmçinin bildirib ki, avtomobil idxalındakı artımlara hibrid və elektromobillərin idxalının da təsir edəcəyi gözlənilir. "Bunun üçün gömrük rüsumlarına baxmaq lazımdır ki, o tipli avtomobillərin sayı artırılsın. Əhalinin də hibrid və elektromobillərə meyli var, ancaq rüsumlar digərlərindən fərqlənmədiyi üçün o avtomobillər az gətirilir", - deyə qeyd edilib.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












