Həmin körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək - FOTO

Bu gün səhər saatlarında “20 Yanvar” stansiyasında dünyaya gələn körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edə biləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Anar Zamanov məlumat verib.
“Bu gün “Bakı Metropoliteni”nin tarixində unudulmaz bir hadisə baş verib. Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq onun 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək”,- o bildirib.
Qeyd edək ki, səhər saat 07:40 radələrində çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib. Doğuş edən qadın və körpəsi Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Körpənin vəziyyəti qənaətbəxş deyil.


“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












