Heroin qəbul edərək ölümlə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən Pərviz Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında son sözlə çıxış edən Pərviz Quliyev əməlindən peşman olduğunu deyib. O, azyaşlı uşaqlarının olmasının, xəstəliyinin nəzərə alınaraq yüngül cəza verilməsini istəyib. Məhkəmənin hökmü ilə Pərviz Quliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündə göstərilir ki, Pərviz Quliyev qəzanı törədən zaman narkotik vasitənin təsiri altında olub. O, işə çıxmadan əvvəl heroin qəbul edib. Məhkəmə hökmü elan edərkən mərhumun oğlunun 25 min manatlıq mülki iddiasını təmin etməyib və mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilib. Qeyd edək ki, hadisə ötən il sentyabrın 15-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini Pərviz Quliyev idarə etdiyi “Daewoo” markalı, 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 22-də orada ölüb.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











