Həyat yoldaşını narkotiki gizlədərək keçirməyə məcbur edən şəxs saxlanılıb

Azərbaycan Respublikası vətəndaşları Rəsulov Elbrus Seyfəli oğlu və onun həyat yoldaşı Ağayeva Elvira Zabir qızı birlikdə piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun sərnişin idxal xəttində gömrük nəzarəti zamanı saxlanılaraq onların üzərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Ağayeva Elvira Zabir qızının üzərində aparılan şəxsi yoxlama zamanı onun əynindəki alt paltarında gizlədərək keçirməyə cəhd göstərdiyi, şəffaf rəngli sellofana bükülü bağlamada açıq qəhvəyi rəngli, birxətli, üzərində "F/M40" yazısı olan 330 ədəd "metadon" adlı həblər aşkar edilib.
Fakt üzrə ilkin araşdırma zamanı Ağayeva Elvira həmin həblərin onunla birlikdə İran İslam Respublikasından gələn həyat yoldaşına məxsus olduğunu, onun tapşırığına əsasən gömrük nəzarətindən gizlətmək məqsədilə belə bir addım atdığını bildirib, eyni zamanda Rəsulov Elbrus onun dediklərini təsdiq edib. Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.
Faktla bağlı cinayət işi başlanılıb və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











