“Həzi Aslanov” stansiyasının təmiri nə vaxt bitəcək? – Rəsmi AÇIQLAMA

Məlum olduğu kimi, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən bir sıra işlərin görülməsi nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən "Bizim.Media"ya verilən açıqlamada Metropolitendə bu il ərzində görüləcək işlər barədə məlumat verilib.
“”Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, cari ildə Bakı metropolitenində yeni stansiyaların tikintisi və mövcud stansiyaların yenidənqurulması istiqamətində işlər aparılır”.
Verilən məlumata əsasən hazırda Yaşıl xəttin “Cəfər Cabbarlı” stansiyasının bir platforması və ona bitişik yolda əsaslı təmir və yenidənqurma işləri son mərhələdədir və il ərzində tamamlanması nəzərdə tutulub.
Qeyd edək ki, noyabrın 30-dan “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Bu işlərin nə vaxt bitəcəyi isə bir çox sərnişinə maraqlıdır. Bakı Metropoliteni QSC-dən bu barədə də açıqlama verilib.
“Qırmızı xəttin “Həzi Aslanov” stansiyasının dalan yolunda əsaslı təmir işləri görülür. Təmir nəticəsində dalan yolu tamamilə yenidən qurulacaq, infrasturkturu müasir tələblər səviyyəsinə çatdırılacaq. Dalanda təmir-bərpa işləri tamamlandıqdan sonra “Həzi Aslanov” stansiyasının da əsaslı təmir və yenidənqurulmasına başlanılacaq. Aparılan təmir işləri ilə bağlı dövrü olaraq ictimaiyyətə əlavə məlumatlar təqdim ediləcək”.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










