Hicran Hüseynova: “Maşınım xarab olduğu üçün görüşə helikopterlə getdim”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vətəndaşlarla görüşə helikopterlə getməsinin səbəblərini açıqlayıb. O, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib. Komitə sədri bunun üçün hərbçilərə zəng etdiyini vurğulayıb: "Görüş cəbhə bölgəsində idi və məni 30-dan çox insan gözləyirdi. Maşınım xarab olduğu və gec düzələcəyi üçün mən sərhəd zonasında görüşə helikopterlə getdim. Hərbçilərə zəng edib xahiş etdim ki, reys varsa, məni də özləri ilə aparsınlar. Mən ora hərbi helikopterlə getmişəm. Bu təhlükəli gediş idi. Cəbhə zonasında görüş idi və hər şey ola bilərdi. Qısa müddətdə ora çatdım 50-dən çox qadını qəbul etdim. Bizim komitə ən aşağı büdcəli qurumdur. Mən ora nə kefə getmişdim, nə də kurorta".
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












