Hikmət Hacıyev Macarıstanda mühüm görüş keçirdi – FOTO

“Macarıstan Baş nazirinin milli təhlükəsizlik müşaviri Marsel Biro ilə Budapeştdə yüksək məhsuldar görüş keçdi”.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” səhifəsində məlumat verib.
O bildirib ki, görüş Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutub.
“Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq bütün sahələrdə uğurla inkişaf etməkdə davam edir. Macarıstanın milli maraqlara əsaslanan müstəqil siyasəti, ortaq tarixi, etnik və mədəni əlaqələrə əsaslanan türk dünyası ilə güclü əməkdaşlığı və Türk Dünyası ilə əlaqələr çərçivəsində öhdəliyi olduqca təqdirəlayiqdir. Davam edən qlobal qarışıqlıq kontekstində türk dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir”, - dövlət rəsmisi əlavə edib.

İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












