“Hökumə xanım dedi ki, sərt eniş olacaq, özünüzü möhkəm tutun...” - VİDEO

“Bir anlıq gördüm ki, torpaq üzümə gəldi. Sonra özümü itirdim, nələr olduğunu bilmədim. Gözümü açanda baxdım ki, havadan asılı dayanmışam”.
Avtosfer.az xəbər verir ki, bunu “Baku TV”yə açıqlamasında ötən ilin bu günü AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində xəsarət alan Tofik Devrişov deyib.
“Kəməri açdım, üzüaşağı yerə düşdüm. Əlim bütün qan idi. Oğlumu çağırdım, “hə, ata” dedi, gördüm ki, sağdır. Elə bil dünyanı mənə verdilər. Bu faciəni yaşayan bilər. Allahdan arzu edirəm ki, heç kəs bunu yaşamasın.
Bir anda təyyarədə titrəyiş oldu. Həmin vaxt qalxdı, buludlara girdi. Artıq elə bir vəziyyət idi ki, tullanmaq da mümkün deyildi. Həmin vaxt Hökumə xanım dedi ki, sərt eniş olacaq, özünüzü möhkəm tutun və başınızı qabaq oturacağa sıxın.
Hadisədən sonra sol qolum və ayağım işləmədi. İndi ayağım yaxşıdır, amma qolum 50% işləyir, yuxarı qalxmır”, - deyə o əlavə edib.
Samir Devrişov isə bildirib ki, hadisə zamanı hamını həyəcan bürümüşdü: “Komandanı verdilər, təyyarə yerə çırpıldı. O an atam məni çağırdı, cavab verdim. Bir anlıq huşum itmişdi, amma sonradan tam özünə gəldi. Təyyarədən çıxanda Zaqataladan bir qız da dedi ki, xahiş edirəm, məni də çıxarın. Ayağından zədə almışdı, qışqırırdı. Ondan qan çox gedirdi. Ora köməyə çox insan gəlmişdi. Biz çox böyük faciədən çıxmışıq. Bu, möcüzədir”.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-i Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
Ətraflı videomaterialda:
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












