Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR

İran parlamenti Hörmüz boğazından gəmilərin keçməsi üçün ödəniş edilməsi haqqında qanun qəbul edə bilər. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə İran parlamentinin Təkmilləşdirmə komitəsinin rəhbəri Məhəmməd Rza Rezai Kuçi məlumat verib. "Biz parlamentdə qanun layihəsi hazırlayırıq və buna əsasən, İranın Hörmüz boğazı üzərindəki hökmranlıq, suverenlik və nəzarət qanuni olaraq təsbit ediləcək, keçid üçün ödənişlərin toplanması isə ölkə üçün həmçinin gəlir mənbəyi yaradacaq", - deyə Məhəmməd Rza Rezai Kuçi bildirib.
Millət vəkilinin sözlərinə görə, qanun layihəsi hazırlanıb, lakin əlavə düzəlişlər tələb olunur. Onun tezliklə parlamentə baxılmaq üçün təqdim edilməsi gözlənilir.
"Bu qanun layihəsinə əsasən, İran Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün ödəniş alacaq. Bu, tamamilə təbiidir. Digər tranzit marşrutlarında olduğu kimi, yüklərə də rüsumlar tətbiq olunur. Hörmüz boğazı da tranzit dəhlizidir. Biz onun təhlükəsizliyini təmin edirik, gəmilərin və tankerlərin ödəniş etməsi tamamilə təbiidir", - deyə parlamentari qeyd edib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












