Banner

İçərisində 39 cəsədin tapıldığı TIR-da ölən vyetnamlı: “Ölürəm, nəfəs ala bilmirəm” - FOTO

Gündəm 26 Oktyabr 2019 15:08 Oxunub 6621
İçərisində 39 cəsədin tapıldığı TIR-da ölən vyetnamlı: “Ölürəm, nəfəs ala bilmirəm” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ana, ata sizi çox sevirəm, çox məyusam ana”

İngiltərənin cənub-şərqindəki Essex bölgəsində içərisində 39 meyitin tapıldığı TIR-la bağlı yeni təfərrüatlar üzə çıxıb. Aparılan araşdırma çərçivəsində 4 şübhəlini dindirən polis, TIR-ın içində İngiltərəyə keçmək istəyənlərin bir çoxunun vyetnamlı olduğunu bildirib.

Halbuki, Essex polisi ilkin araşdırmalardan sonra, bütün qurbanların Çin vətəndaşları olduğunu bildirmişdi. Lakin, vyetnamlıları təmsil edən təşkilatlar və vyetnamlı ailələr TIR-dakı meyitlərin yaxınları ola biləcəyini söyləyirlər.

26 yaşlı vyetnamlı Pham Thi Tra My da TIR-da öldüyü düşünülən vyetnamlılardan biridir.

Pham Thi Tra My, çərşənbə axşamı ailəsinə mobil telefondan atdığı mesajlarda nəfəs ala bilmədiyini yazmışdı.

Tra Mydan alınan son mesaj, çərşənbə axşamı TIR, Belçikanın Zeebrugge limanına çatmamışdan 2 saat əvvəl, yəni İngiltərə saatı ilə 22.30-da atılmışdı.

“Ölürəm, nəfəs ala bilmirəm”

Tra My mesajda “Ana, ata xaricə çıxışım uğursuz olduğu üçün həqiqətən çox məyusam. Ölürəm, nəfəs ala bilmirəm. Ana, ata sizi çox sevirəm. Çox məyusam ana” yazmışdı.

BBC-nin danışdığı Tra Myin qardaşı Pham Ngoc Tuan, bacısından o gündən sonra heç xəbər almadığını söyləyib və “Bacımın ailəsinin yanına qayıtması üçün İngilis polisinin təhqiqatlarına kömək etmək istəyirəm” - deyib.

Qardaş Ngoc Tuan, bacısının İngiltərəyə gətirilməsi üçün 30.000 funt-sterlinq məbləğin bir hissəsini qanunsuz miqrant daşıyanlara ödədiyini söyləyib və bacısının son dəfə Belçikada olduğunu öyrəndiyini ifadə edib.

BBC-yə danışan Ngoc Tuan, bacısının oktyabrın 3-də İngiltərəyə getmək üçün yola çıxdığını və yola çıxmadan əvvəl ailəsinə, “vasitəçilər icazə vermədikləri üçün ona zəng etməmələrini” söylədiyini bildirdi.

Qardaşı deyir ki, o, əvvəlcə Çinə uçub, bir neçə gün orada qaldıqdan sonra Fransaya gedib: “Əslində hər çatdığı yerdən bizə zəng vururdu. İngiltərə sərhədinə ilk olaraq oktyabrın 19-da keçməyə çalışıb, ancaq yaxalanaraq geri qaytarılıb. Amma hansı limandır dəqiq əmin deyiləm”.

Qanunsuz miqrant daşıyanlar məbləği geri qaytardılar

Qanunsuz miqrant daşıyanların ödənilən məbləğin bir hissəsini bəzi ailələrə geri qaytarıldığı bildirilir.

20 yaşlı vyetnamlı Nguyen Dinh Luongun da 39 qurbandan biri olduğu düşünülür.

BBC-nin əldə etdiyi məlumata görə, 26 yaşlı vyetnamlı bir kişi və 19 yaşlı vyetnamlı bir qız da itkin düşmüşlər arasındadır. 

19 yaşlı vyetnamlı qızın qardaşı deyib ki, bacısı çərşənbə axşamı Belçikaya yerli saatla səhər 07.20 radələrində çataraq ona telefonla zəng vurub. Bacısı bir konteynerə mindiyini və şübhə doğurmamaq üçün telefonunu bağladığını deyib və son telefon danışığından sonra bacısından heç bir xəbər almayıb.

O, gecə yarısı qanunsuz miqrant daşıyanların ödənilən pulu ailəyə geri qaytardığını söyləyib. 26 yaşlı vyetnamlı kişinin ailəsi də ödənilən pulu geri aldıqlarını bildiriblər.

İngiltərədə vyetnamlıları təmsil edən “VietHome” adlı quruluşdan, TIR-ın tapıldığı gündən bu yana təxminən 20 nəfərin itkin düşdüyünə dair fotoşəkillərin tapıldığı söylənilib.

Quruluşdan, itkin xəbərlərinin çərşənbə günündən etibarən gəlməyə başladığını və itkin düşənlərin yaş fərqinin 15 ilə 45 arasında dəyişdiyi bildirilib.

Vyetnamın London səfirliyindən verilən açıqlamada, Çərşənbə günündən bu yana Essex polisi ilə əməkdaşlıq etdiklərini deyiblər.

Çinin Londonda olan səfiri Liu Şiaoming də Çinin “qanunsuz miqrant daşıyanlarla bağlı ciddi tədbirlərin görüldüyünü” ifadə edib.

O, beynəlxalq birliyə səslənərək, qanunsuz miqrant daşıyanların cinayətlərinə qarşı əməkdaşlığın artırılmasına çağırıb.

İstintaq hansı mərhələdədir?

Polis, hadisə ilə bağlı 4 nəfərin dindirilməsini davam etdirir. Cümə günü “Stansted” hava limanında yaxalanan 48 yaşlı bir nəfər “qətl törətməkdə və qanunsuz miqrant daşıma” ittihamı ilə həbs edilib. Şübhəlinin Şimali İrlandiya vətəndaşı olduğu bildirilib.

Varringtonda həbs edilən 38 yaşlarında bir qadın və bir kişi də eyni ittihamla qarşı-qarşıyadır.

Polis bu iki şübhəlinin evində araşdırmalar aparıb.

25 yaşlı TIR-ın sürücüsü Mo Robinson da çərşənbə günündən bu yana “qətl törətmək” ittihamı ilə həbsdədir. Robinsonun dindirilmə müddəti də uzadılıb.

TIR nə vaxt aşkarlanıb?

Bildirək ki, içərisində 39 cəsədin olduğu TIR, oktyabrın 23-də Essexdəki Qrays Vaterglade sənaye parkında aşkarlanıb. 31-i kişi, 8 qadının da olduğu qurbanların cəsədləri TIR-ın soyuducu bölümündən tapılıb. Qrays, Londonun təxminən 15 kilometr şərqində yerləşir.

TIR sürücüsünün limandan aldığı konteynerin içində nə olduğunu bilmədiyi, Vatergladeyə gəldiyində cəsədləri görüb ambulans çağırdığı təxmin edilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh