İcra başçısının müavininin düşdüyü qəza ilə bağlı cinayət işi başlanıb

Qaradağda ötən gün 2 nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəi ilə bağlı cinayət işi başlanıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, faktla bağlı Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbiriləri həyata keçirilir.
Xatırladaq ki, məlum hadisə ötən gün paytaxtın Qaradağ rayonu ərazisində baş verib. “Hyundai Tucson” markalı 60 AA 002 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü -1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlu və Tovuz rayon sakini Əminə Zeynalova hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, xəsarət alanlardan biri Tovuz rayon İcra hakimiyyəti başçısının müavini Zeynalov Rəşad Nurəddin oğludur. Ölən şəxslərdən biri onun həyatı yoldaşı, digəri isə sürücüsü olub.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












