İcra hakimiyyətində xonça qalmaqalı

Şərur rayonunda “əsgərə pay” adı ilə şagirdlərdən yığılan bayram xonçalarının yerli icra hakimiyyəti tərəfindən mənimsənildiyi bildirilir.
Avtosfer.az xəbər verir ki, valideynlər “Gündəlik Naxçıvan”a bildiriblər ki, rəsmilər onları aldadıb, əsgərlər üçün nəzərdə tutulan payları rəsmi bayram tədbirinə aparıblar.
Onların sözlərinə görə, tədbir dövlət büdcəsi hesabına keçirilsə də, əlavə olaraq yığılan bu paylar da həmin şənlikdə istifadə olunub.
Beləliklə, xonçalar üçün ayrılmalı olan vəsait təyinatı üzrə xərclənmək yerinə ciblərə gedib.
Valideynlər bildirirlər ki, bu azmış kimi, tədbirdən sonra xonçaların içindəki ərzaqlar da icra hakimiyyəti əməkdaşları arasında bölüşdürülüb.
Valideynlərdən Nailə Qurbanova deyib ki, öz əli ilə düzəltdiyi xonçanı icra hakimiyyətinin rəsmi tədbirində görəndə şok olub:
“Uşağım 2-ci sinifdə oxuyur. Siniflərində Novruz şənliyi keçirilirdi. Borc-xərc edib uşağıma xonça hazırladım, içini doldurdum ki, başqa uşaqların yanında utanmasın. Demişdilər ki, bunları əsgərlərə göndərəcəklər. Əsgərə canımız qurban, heç kim buna etiraz etməz. Amma sonradan məlum oldu ki, xonçaları əsgərə aparmayıblar. Rayonda keçirilən tədbirə aparıblar. Özüm də xonçalarımızı orada gördüm, çox pis oldum. Digər valideynlər də həmçinin.
Etiraz etdik, dedilər ki, narahat olmayın, tədbir bitən kimi əsgərlərə göndəriləcək. Daha sonra gördük ki, yenə aldadırlar, xonçaları icra hakimiyyəti işçiləri arasında bölüşdürdülər. Bu nə dərəcədə düzgündür?”
Digər valideyn Sahib Qazıyev isə bildirir ki, xonçalar bütün məktəblərdən toplanıb və sayının yüzlərlə olduğu deyilir:
“Hər sinifdən xonça yığıblar. Deyirdilər ki, əsgərə pay gedəcək. Amma aparıb rayondakı tədbirdə paylayıblar. Təxminən 600-700 xonça olub, bəlkə də daha çox. Uşaqlar sinifdə özləri üçün bayram keçirirdi, amma xonçaları əllərindən aldılar.”
Onun sözlərinə görə, bu vəziyyət xüsusilə maddi imkanı zəif olan ailələr üçün daha ağır olub:
“Mən fəhləlik edirəm, çətinliklə dolanıram. Onlar kimi qalstuk vurub oturmuram. Xonça üçün 30 manata yaxın pul xərclədim ki, torpaqlarımızı qoruyan əsgərlər üçün gedəcək. Amma uşağımın xətrinə borc alıb xonça hazırladım.
İçində yumurta, şokolad, şirniyyat, səməni, meyvə – hər şey var idi. İndi də düşünürəm ki, niyə yalandan deyirlər əsgərə gedir? Əgər aparmırsınızsa, niyə belə edirsiniz? Əsgərlər üçün düzəltdiyimiz xonçaları icra hakimiyyəti oğurladı.”\\“Yeni Sabah”
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI










