İctimai nəqliyyatda gedişhaqqı yenə artırıla bilər – AÇIQLAMA

Yanacaq qiymətlərində baş verən dəyişikliklər iqtisadiyyatın bir çox sahəsi kimi ictimai nəqliyyat sektoruna da birbaşa təsir göstərən əsas amillərdən hesab olunur. Daşınma xərclərinin artması xidmətin maya dəyərinə, marşrutların fəaliyyətinə və sərnişinlər üçün göstərilən xidmətin keyfiyyətinə təsir edə bilər.
Bəs yanacağın bahalaşması ictimai nəqliyyatda qiymət artımına və interval problemlərinə səbəb ola bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Konkret.az”a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, hər hansı məhsul və ya xidmətin yekun qiymətinin formalaşmasında əsas amillərdən biri onun istehsalı və ya təqdim edilməsi zamanı çəkilən xərclərdir:
“Xərclər artdıqca xidmətin qiymətində də yüksəliş qaçılmaz olur. Yanacaq ictimai nəqliyyatda daşınma prosesinin ən mühüm xərclərindən biridir. Yanacağın bahalaşması daşıma xərclərini artırır və bu da nəticə etibarilə xidmətin maya dəyərinə təsir göstərir. Xərclərin artması yalnız qiymət artımı ilə məhdudlaşmır. İnflyasiya şəraitində daşıyıcı şirkətlər xərcləri azaltmaq üçün bəzi hallarda marşrutların sayını azalda, interval vaxtlarını artıra bilər ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir”.
İqtisadçı əlavə edib ki, ictimai nəqliyyat sektoru əsasən subsidiya hesabına fəaliyyət göstərən sahələrdəndir. Bu səbəbdən xərclərin yüksəlməsi dövlət tərəfindən ödənilən subsidiyaların da artmasına, nəticə etibarilə isə dövlət büdcəsinə əlavə yükün yaranmasına səbəb ola bilər.
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO












