İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin

Nəqliyyat eksperti Rauf Ağamirzəyev vətəndaşları AYNA MaaS tətbiqindəki rəy və təklif imkanlarından daha fəal istifadə etməyə çağırıb.
Avtosfer.az xəbər verir ki, ekspert bildirib ki, tətbiqin "Təklif və iradlar" bölməsi vasitəsilə istifadəçilər müxtəlif mövzular üzrə öz rəy və iradlarını rahat şəkildə çatdıra bilirlər.
Rauf Ağamirzəyev qeyd edib ki, o da bir neçə gün əvvəl sürücülərdən biri ilə bağlı yaranmış problemi tətbiq üzərindən bildirib. Onun sözlərinə görə, müraciət operativ şəkildə daşıyıcı şirkətə yönləndirilib, daha sonra onunla əlaqə saxlanılıb və görülən tədbirlər barədə tətbiq vasitəsilə rəsmi bildiriş təqdim olunub.
Ekspert vurğulayıb ki, bu cür əks əlaqə mexanizmi xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayır. İstənilən xidmətin ən obyektiv qiymətini məhz istifadəçilər verir. Çünki gündəlik istifadə zamanı ortaya çıxan çatışmazlıqlar, boşluqlar və təkmilləşdirilməli məqamlar məhz istifadəçi rəyləri sayəsində müəyyən edilir.
Rauf Ağamirzəyev hesab edir ki, hər bir rəy və təklif gələcəkdə daha keyfiyyətli və səmərəli xidmətlərin formalaşdırılmasına mühüm töhfə verir.
Eltac Züflüqaroğlu



İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












