İctimai nəqliyyatda YENİ SİSTEM: Gediş haqqı artacaq?

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nın tətbiqinə başlanılıb.
Yeni "brutto müqavilə" modelinə əsasən, artıq daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdiriləcək. Uzunmüddətli planlaşdırma imkanları artacaq. Bu isə avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin alınmasına, texniki xidmətin yaxşılaşdırılmasına və xidmət keyfiyyətinə daha çox investisiya yatırılmasına imkan verəcək.
Bəs məsafədən asılı ödəniş qiymət artımına səbəb ola bilərmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu günə qədər daşıyıcı şirkətlər, sərnişinlərin sayı nə qədər çox olarsa, bir o qədər çox da qazanc əldə edə bilirdilər, indi isə belə olmayacaq.
O əlavə edib ki, sərnişinlərin sayından asılı olmayaraq onlar vəzifələrini yerinə yetirməlidirlər:
"Sərnişinlərə keyfiyyətli xidmət təklif etməlidirlər. Həmçinin günün müəyyən saatlarında işləməlidirlər.
Sərnişinlər üçün də müsbət məqam odur ki, onlar uzun müddət avtobus gözləməyəcəklər.
Bu sistemin fəlsəfəsi odur ki, daşıyıcı şirkətlər nə qədər çox hərəkət edəcəklərsə, bir o qədər subsidiyalar ala biləcəklər. Ümumilikdə keyfiyyət yüksəlir, daha təhlükəsiz sistem qurulur. Maksimal məsafəyə görə gediş haqqının artırılması məsələsinə gəldikdə isə hazırda rəsmi qərar yoxdur. Gələcəkdə ödəniş məsafəyə və vaxta görə də hesablana bilər. Bu hələ ki ekspertlər çərçivəsində müzakirə edilir. Konkret plan şəklində hazırlanmayıb".
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












