İdarə etdiyim avtomobilin qırmızı işıqdan keçdiyinə əmin oldum - Faiq Balabəyli

“Sentyabrın 16-da N.B. Yusifbəyli – M. Qaşqay küçələrinin kəsişməsində – Bakı Sağlamlıq Mərkəzinin tinində işıqforun nizamlayıcı siqnalına riayət edərək, Həsən Əliyev küçəsinə tərəf irəliləyirdim. Sıxlıq olduğuna görə dönmə əməliyyatı heç də asanlıqla başa gəlmirdi. Belə ki, işıqforun qırmızı işığı yandıqda belə sırada olan və hərəkət edən avtomobillərin əks tərəfdəki maşınların vaxtına girirdi. Mən də bu çətin vəziyyətdə svetoforun son anda qırmızı işığın yanmasına 2 saniyə qalmış, təxminən saat 15:05-də hərəkət etdim və idarə etdiyim 99TB 546 dövlət qeydiyyat nişanlı avtomobillə qırmızı işıq yandıqda, artıq mən dönmə əməliyyatını bitirmişdim və bu əməliyyat qayda pozuntusu olmadan başa çatmış hesab oluna bilərdi”.
Müstəqil.Az saytının baş redaktoru Faiq Balabəylinin 17 sentyabr 2019-cu ildə Müstəqil.Az saytına verdiyi açıqlamada belə deyilir.
“Açıqlama getdikdən sonra elə həmin gün Bakı şəhər DYPİ nini ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov mənimlə telefon əlaqəsi yaradıb və hadisənin araşdırıldığını, mənim idarə etdiyim avtomobilin həqiqətən qırmızı işıqdan keçdiyini və polislə edilən mübahisənin yersiz olduğunu bildirdi. Telefon danışığı zamanə mənə sürücünün hüquqlarını bildirən polkovnik, idarəyə gəlib görüntülərə birgə baxa biləcəyimi dedi. Mən ona, sizə inanıram və siz deyirsizsə bu doğrudan da belədir, dedim və növbəti gün bu olayla bağlı yazı dərc edəcəyimi də dedim”.
Baş redaktor yaranan insidentə görə özünü günahkar saysa da, polis işçisinin vətəndaşla qızışdırıcı söhbət etdiyini və onu təbdən çıxardığını da qeyd edib:
“Mən maşında ailə üzvümlə gedirdim, Polis əməkdaşına nəvəmin bağda olduğunu və tələsdiyini dedim, mümkünsə vaxt itirməsin, cəriməmi ünvanıma göndərsin dedim. Lakin polis əməkdaşı mənimlə razılaşmadı, aramızda yaranan mübahisəyə səbəb olan əsas fakt budur. Əgər polis əməkdaşları bununla bağlı müraciət etsələr dediklərini yayınlamağa hazırıq”.
Emin
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










