İki gündən sonra dərslər başlayacaq, yolu yamamaq indi yadlarına düşüb - FOTO

Xırdalan sakinləri dəfələrlə bu problemi sosial şəbəkələrdə qabardaraq Xırdalan şəhərinin həddindən artıq yüklənməsinə son qoyulması, eləcə də tikinti bumunun dayandırılmasına etiraz xarakterli çağırışlar ediblər.
İki gündən sonra yeni dərs ili başlayacaq. Amma Xırdalan şəhərinin mərkəzi küçələrində vəziyyət acınacaqlı durumdadır. Avtosfer.az-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, bu barədə Xırdalan şəhər sakini, tanınmış iqtisadçı Samir Əliyev "Facebook" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
O bildirib ki, Xırdalan şəhərinin əsas prospekti olan Heydər Əliyev prospektində aparılan təmir işləri yekunlaşdırılmayıb. Bu səbəbdən də yolda tıxac yaranır. İqtisadçı dərslər başlayan gün, sentyabrın 16-dan isə yolda vəziyyətin necə olacağını indidən təsəvvür etməyin mümkün olduğunu söyləyib. O, qeyd edib ki, hazırda ərazidə kanalizasiya xəttinin çəkilişi işləri davam etdirilir. Dağıdılan yolun isə yamanması prosesi yekunlaşmayıb.
Qeyd edək ki, Xırdalan şəhərində yeni çoxmərtəbəli yaşayış binalarının inşası bu şəhərdə nəqliyyatın hərəkətini iflic duruma salıb. Mövcud yol infrastukturu bu qədər əhali sayına hesablanmadığından, Xırdalanda ucaldılan çoxmərtəbəli binalarda tam məskunlaşma olmadığı halda belə, günün günorta saatında yollarda tıxac yaranır. Yolkənarı binaların inşasına kortəbii icazə verilməsi isə prospekt və küçələrin genişləndirilməsinə maneə yaradır. Xırdalan sakinləri dəfələrlə bu problemi sosial şəbəkələrdə qabardaraq Xırdalan şəhərinin həddindən artıq yüklənməsinə son qoyulması, eləcə də tikinti bumunun dayandırılmasına etiraz xarakterli çağırışlar ediblər.
Məlumat üçün onu da qeyd edək ki, Xırdalan şəhərində göydələnlərin kortəbii ucaldılması Bakı-Sumqayıt yolunun da yüklənməsinə, sıxlığa səbəb olub.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA











