İki nəfəri güllələyən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda iki nəfəri güllələməkdə təqsirləndirilən Zaur İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Eldar Mikayılovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə 2018-ci il dekabrın 27-də paytaxtın Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib. Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə gedib və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib. Z.İsmayılov tutulub, silahı evdən götürülüb. Ona Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib.
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ










