İki nəfərin ölümündə təqsirli bilinən sürücü apellyasiya şikayəti verib

Şamaxıda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Vasif Cabbarov barəsindəki məhkəmə hökmündən apellyasiya şikayəti verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin icraatında araşdırılacaq. İlkin baxış iclası oktyabrın 3-ə təyin edilib.
Qeyd edək ki, Vasif Cabbarov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib və məhkəmə zalnda həbs olunub.
V.Cabbarov Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, hadisə ötən il iyunun 17-də gecə saat 04:00-da Şamaxı şəhərində baş verib.
Şamaxı sakini, 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi “Qazel” markalı yük avtomobili qarşı tərəfdən gələn, Göyçay sakini, 1998-ci il təvəllüdlü Vasif Cabbarova məxsus “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Nəticədə sərnişinlər – Ucar rayon sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay rayon sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Bundan əlavə sürücü, V.Cabbarov, Ə.Feyzullayev, sərnişin, 1991-ci il təvəllüdlü Nemət Feyzullayev ağır xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










