İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI

Azərbaycan və Özbəkistan arasında Əbədi Dostluq Müqaviləsinin imzalanması iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm addım hesab olunur. Sənədin siyasi əlaqələrlə yanaşı, ticarət, investisiya və iqtisadi əməkdaşlığın genişlənməsinə də yeni imkanlar yaratması gözlənilir.
Avtosfer.az xəbər verir ki, müqavilənin iki ölkə arasında ticarət dövriyyəsinə, qarşılıqlı investisiyalara və Azərbaycanın Özbəkistan bazarına ixrac imkanlarına mümkün təsiri diqqət mərkəzindədir.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi son illərdə sürətlə artır:

"2025-ci ildə bu göstərici əvvəlki illə müqayisədə daha yüksək olub. Azərbaycanın qeyri-neft ixracında Özbəkistanın payı təxminən 2 faiz, ümumi ixracında isə 3 faiz təşkil edir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 795 milyon dollar olub. Bunun 76 milyon dolları Azərbaycanın Özbəkistana ixracının, 716 milyon dolları isə Özbəkistandan idxalın payına düşüb. Yəni Özbəkistan Azərbaycana təxminən 720 milyon dollar dəyərində mal və xidmət satıb, əvəzində isə Azərbaycandan 76 milyon dollar dəyərində məhsul alıb. Bu baxımdan, Azərbaycanın Özbəkistanla ticarətində idxal üstünlük təşkil edir. Özbəkistandan Azərbaycana idxal olunan məhsullar arasında avtomobil sənayesi məhsulları, avtomobillər, kənd təsərrüfatı məhsulları, tekstil, ərzaq və yeyinti məhsulları üstünlük təşkil edir. Azərbaycanın Özbəkistana ixracında isə daha çox neft-kimya, metallurgiya və elektrik sənayesi məhsulları önə çıxır. Son illərdə Özbəkistandan Azərbaycana ixracın sürətlə artmasının əsas səbəblərindən biri iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin güclənməsidir. Siyasi, mədəni, beynəlxalq və iqtisadi-ticarət sahələrində münasibətlərin sürətlə inkişaf etməsi qarşılıqlı ticarətə də müsbət təsir göstərir. İki ölkə arasında ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard dollara çatması real və əldə edilə bilən hədəfdir. Bununla yanaşı, Azərbaycan Özbəkistan bazarına öz ixrac imkanlarını genişləndirməyə xüsusi diqqət yetirməlidir".
Fatimə
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












