"İnanmıram ki, yenidən həbs ediləm": 3-cü dəfə həbsə düşən məhkum - VİDEO

ARB TV-nin “Rezonans” proqramında bu dəfə Ucar rayonundan olan, 1975-ci il təvəllüdlü məhkum Qulu Lətifov həyatından danışılıb.
Məhkum Qulu Lətifov - Cəzası 6 il 6 ay (ümumi 14 il): “Ucar rayonunda doğulmuşam. Ata bir, ana ayrı ögey qardaşlarım var. Ticarətlə məşğul olmuşam, orta məktəbi Şuşada oxumuşam. 2003-cü ilin sonlarından cinayətə qurşandım. Nəsimi bazarında alış-veriş edirdim, Beyləqandan olan uşaqlarla bazarda işləyirdim. Mənə torba tikdilər və mən cinayətkar oldum.
2010-cu ilin 3 mart tarixində ikinci cinayətimi törətdim. Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (Dələduzluq) ittiham edildim. 2015-ci ilin 6 dekabr tarixində üçüncü cinayətimi törətdim, oğurluq etdim. 6 il yarım hökm oxundu, maddələr dəyişdiyinə görə endirildi 5 ilə. Birinci dəfə həbsə düşüb çıxandan sonra 1 il azadlıqda qaldım, ikinci həbsimdən sonra azadlığa çıxanda 3 ilə yaxın azadlıqda qaldım. Üçüncü həbsim isə indidir, 5 il azadlıqdan məhrum edilmişəm, 1 il 4 ay cəzam qalıb.
Öz səhlənkarlığımın ucbatından həbsə düşmüşəm, çox peşmanam. Bu cəzadan azadlığa çıxandan sonra inanmıram ki, bir daha belə əməl törədəm, yenidən həbs ediləm. 2014-cü ildə yenicə ailə qurmuşdum. Ailə qurandan 2 il sonra həbs edildim. Düşünürəm ki, azadlığa çıxandan sonra məni söysələr də cinayət törətməyəcəm, həbs olunmaq olmayacaq bir daha.
Özümə nifrət edirəm, çox peşmanam. Yanıma ancaq ögey qardaşım gəlir. Ailəmlə ancaq telefonla danışıram, rəva bilmirəm onların həbsxanaya gəlməsini. Övladım dünyaya gələndə mən həbsdə idim, oğlumun üzünü görə bilmədim. Qızımı görmüşəm, 5 yaşı var. Həyat yoldaşım deməyib həbsdə olduğumu, bilmirlər həbs edildiyimi. Qızıma deyiblər ki, başqa ölkədədir, zəng edəndə də deyir ki, ata gələndə mənə saqqız alarsan.
Evim yoxdur, yoldaşım qayınatamgildə qalır, çox sağ olsunlar ki, övladıma baxırlar. Bir arzum var ki, azadlığa çıxım övladlarımı oxudum, onların təhsili ilə məşğul olum”.
“AzParking” əməkdaşının mülki geyimdə cərimə yazması ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA
Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ








