İndoneziya nümayəndə heyəti növbəti dəfə ASAN təlimlərinə cəb olunub

6 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN təlimlərinə cəb olunmuş İndoneziya nümayəndə heyətinə sertifikatlarını təqdim edib.
2-6 dekabr 2019-cu il tarixində İndoneziya Respublikasının Qərbi Sumatra əyalətinin müxtəlif qurumlarının rəhbərləri “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanış olmaq və Dövlət Agentliyi tərəfindən onlar üçün təşkil edilən təlimlərdə iştirak məqsədi ilə Azərbaycana səfər ediblər. Səfər 24 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumunun implementasiyası çərçivəsində reallaşdırılıb.
Səfər müddəti ərzində İndoneziya nümayəndə heyətinə ASAN Təlim-Tədris Mərkəzində Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən “İnteqrasiya olunmuş xidmətlər və innovasiyalar üzrə Azərbaycan modeli” başlığı altında ASAN konsepsiyası, ASAN modelinin uğurlu tətbiqi, o cümlədən liderlik və peşəkar vərdişlər, idarəetmə və standartlaşdırma ilə bağlı təlimlər keçirilib
Qonaqlar “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmət, “ABAD” publik hüquqi şəxs və ASAN Radionun fəaliyyəti ilə də tanış olublar.
Həmçinin nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, Şəhidlər xiyabanında isə qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib.
Bu, İndoneziyanın dövlət xidmətləri göstərən orqanlarının nümayəndələri üçün təşkil olunan sayca ikinci təlimdir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












