İnsanlar dənizdə buna görə boğulur? - ŞOK İDDİA +AÇIQLAMA

Dəniz səviyyəsinin enməsi və qanunsuz qum talançılığı boğulma hallarını niyə artırır?
Yay mövsümünün başlaması ilə dənizdə boğulma hallarının sayı da artıb. Bəzi mütəxəssislər bunu əlverişsiz hava şəraiti və insanların qadağan olunmuş ərazilərdə çimməsi ilə əlaqələndirirlər. Digər ekspertlər isə hesab edirlər ki, əsas səbəb dənizdən qumun daşınmasıdır. Onların sözlərinə görə, qumun çıxarılması nəticəsində dənizin dibində dərin çalalar yaranır və bu da boğulma riskini artırır. Bəs doğrudanmı dənizdə boğulma hallarının əsas səbəbi qumun daşınmasıdır və boğulma riskinin azaldılması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı danışan ekoloq İlqar Xəlilov məsələyə aydınlıq gətirib.
Ekoloq İlqar Xəlilov bildirir ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində onun sahil xətti dənizin içərilərinə doğru çəkilmişdir:

“Sahil xətti geriyə çəkildiyi üçün həmin yeni ərazilərdə də Xəzərin dərinliyi təbii olaraq artır. Bu səbəbdən, ilk növbədə çimərlik üçün öyrənilməmiş ərazilərdə dənizə girmiş və üzmək bacarığı zəif olan insanlar asanlıqla bata bilirlər”.
Onun sözlərinə görə, dənizdəki digər böyük təhlükə suyun hərəkəti ilə bağlıdır. Xəzər dənizinin şərq sahilində suyun dairəvi axını mövcuddur. Dənizə girən zaman həmin bu güclü dairəvi axına düşən insanların da dənizdə batma ehtimalı olduqca yüksəkdir.
Qumun daşınması məsələsinə toxunan İlqar Xəlilov bunun hüquqi tərəfini və yaratdığı təhlükəni vurğulayır:
“Dəniz qumunun sahildən daşınması özü-özlüyündə bir qanun pozuntusudur. Bu qanunsuz fəaliyyətin qarşısı müvafiq icra orqanları tərəfindən qəti şəkildə alınmalıdır. Çünki qum daşınması nəticəsində yaranan həmin dərin sahillərdə də insanların batmaq ehtimalı çox yüksəkdir”.
Ekoloq digər bir mühüm səbəbin isə birbaşa iqlim dəyişikliyi ilə əlaqədar olduğunu qeyd edir. Belə ki, iqlim dəyişikliyinin təsiri ilə müxtəlif istiqamətlərdə əsən küləklər dənizdə güclü dalğalar yaradır. Üzmək bacarığı zəif olan insanlar isə həmin dalğalı sularda özlərini idarə edə bilmir və bata bilirlər.
İlqar Xəlilov sonda bildirir ki, suda boğulma və batma hallarını kəskin şəkildə azaltmaq tamamilə mümkündür:
“Bunun üçün çimərlikdən istifadə edən insanlar mütləq şəkildə xüsusi ayrılmış və məhdudiyyət tətbiq edilmiş, həmçinin xilasetmə xidmətinin fəaliyyət göstərdiyi çimərliklərdən istifadə etməlidirlər. Yalnız bu halda bədbəxt hadisələrin qarşısı alına bilər”,- deyə ekoloq əlavə edib./oxu24.com
Azərbaycanda sürücüsüz avtobuslar: Bəs sürücülər nə edəcək?
Yeni kompensasiya mexanizmi ixracı canlandıracaq? – ŞƏRH
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - FOTO
Hava nəqliyyatına tələbat azaldı
Azərbaycanda enerjidoldurma məntəqələrinin sayı niyə artmır? – Ekspert AÇIQLADI – VİDEO
Dünya ABŞ və Çin arasında seçim qarşısında qala bilər – POLİTOLOQ
Metro xətlərinin ayrılması sərnişin sıxlığını necə azaldacaq? – EKSPERT
Yanacaq bazarında yeni mərhələ: Azərbaycanı nələr gözləyir?
Bu yollarda tıxac var - SİYAHI
Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA
Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq










