İnsanlar xüsusi avtobuslarla təxliyə olundular - Goranboy sakini

Yanğın hadisəsi təxminən gecə 1-in yarısında baş verib. Dərhal hadisə yerinə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, FHN-in əməkdaşları gəldilər və təhlükəsizlik məqsədilə insanlar ərazidən təxliyə edildilər.
Avtosfer.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Goranboy rayonunun Nizami kəndi yağınlığında sursat anbarında baş verən yanğınla müşayiət olunan partlayış barədə danışan sakin İnqilab Kazımov bildirib.
Onun sözlərinə görə, insanlar xüsusi avtobuslarla ərazidən təxliyə olunublar.
Qeyd edək ki, gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












