İnsanları yatmağa qoymayan "BMW" cərimə meydançasına yerləşdirilib - VİDEO

Bakıda qayda pozan sürücü yol polisinin əmrinə tabe olmaqdan boyun qaçırıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində avtomobilində çoxavazlı səs siqnalından istifadə edərək ictimai asayişi pozmağa çalışan sürücü saxlanılıb. Belə ki, İsmayıl bəy Qutqaşınlı və Nəriman Nərimanov küçələrinin kəsişməsində 10-AR-102 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobili idarə edən sürücü Əmirov Fərid Elman oğlu avtomobilə quraşdırılan əlavə səs siqnalından istifadə edib. Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə "Saxla!" əmri verib. Müəyyən olunub ki, nəqliyyat vasitəsinə çoxavazlı səs siqnalı qoşulub. Lakin sürücü F.Əmirov siqnalın sökülməsi üçün mühərrik hissəsinin açılmasına mane olub. Buna baxmayaraq, avtomobilin cərimə meydançasına yerləşdirilməsi üçün əraziyə evakuator dəvət olunub. Sürücü bu dəfə də YPX əməkdaşlarına mane olmağa çalışıb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib. F.Əmirov, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, polis bölməsinə aparılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











