İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərilib
Gündəm
17 Oktyabr 2019 13:24

Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb
Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, M.Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə hələlik təyinat olunmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, M.Təhməzov Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə 2012-ci ildə təyin edilib.
Oxunub : 1237
DİGƏR XƏBƏRLƏR
8 Sentyabr 2026 17:00
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
8 Sentyabr 2026 16:30
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
8 Sentyabr 2026 11:48
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
8 Sentyabr 2026 11:30
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
8 Sentyabr 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI - FOTO
7 Sentyabr 2026 23:38
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
7 Sentyabr 2026 21:35
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
7 Sentyabr 2026 20:15
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
7 Sentyabr 2026 15:36
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
7 Sentyabr 2026 14:48
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
7 Sentyabr 2026 14:00
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
7 Sentyabr 2026 13:48
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
ŞƏRH YAZ










