İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, eyni inzibati xətanın bir il ərzində təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq.
Avtosfer.az xəbər verir ki, layihəyə əsasən, inzibati tənbeh haqqında qərarın qüvvəyə mindiyi gündən etibarən bir il ərzində eyni inzibati xəta təkrar törədilərsə, fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ediləcəklər.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsində bir sıra xətalar üzrə belə bir hüquqi yanaşma mövcuddur ki, hər hansı hüquq pozuntusu törədildikdən sonra həmin əməl inzibati tənbeh haqqında qərarın qüvvəyə mindiyi tarixdən etibarən bir il ərzində yenidən təkrar edilərsə, bu artıq daha ağır, yəni təkrar törədilmiş inzibati xəta kimi qiymətləndirilir:

"Belə hallarda qanunvericilik fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər üçün daha ciddi məsuliyyət tədbirləri, o cümlədən daha yüksək məbləğdə cərimələr nəzərdə tutur. Bu dəyişiklik kifayət qədər əsaslandırılmış və məqsədəuyğun yanaşmadır. Çünki inzibati tənbehin əsas məqsədi yalnız cərimə tətbiq etmək deyil, eyni zamanda şəxslərin gələcəkdə oxşar hüquq pozuntularına yol verməsinin qarşısını almaqdır. Əgər şəxs bir dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, qısa müddət ərzində eyni əməli yenidən törədirsə, bu, onun qanunvericiliyin tələblərinə lazımi səviyyədə əməl etmədiyini göstərir. Məhz buna görə də təkrar pozuntulara görə daha sərt inzibati tənbehlərin tətbiqi hüquqi baxımdan tam məntiqlidir".
Hüquqşunas qeyd edib ki, bu cür dəyişikliklər cəmiyyətdə hüquqi intizamın möhkəmləndirilməsinə, qanunlara hörmətin artırılmasına və inzibati xətaların sayının azalmasına xidmət edir:
"Daha ağır məsuliyyət tədbirləri həm fiziki, həm də hüquqi şəxsləri öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa təşviq edir və preventiv xarakter daşıyır. Cərimələrin məbləğinin artırılması bəzi şəxslər və sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, bu məsuliyyət yalnız qanun pozuntusunu təkrar törədən şəxslərə şamil olunur. Qanunvericiliyin tələblərinə riayət edən şəxslər üçün hər hansı əlavə risk və ya maliyyə yükü yaranmır. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan digər mühüm məqam ondan ibarətdir ki, inzibati xəta törətmiş şəxs həmin pozuntuya səbəb olan halları müəyyən edilmiş müddətdə aradan qaldırarsa, bəzi hallarda inzibati məsuliyyətdən azad oluna bilər. Bu da göstərir ki, qanunvericilik yalnız cəzalandırmağa deyil, həm də pozuntuların operativ şəkildə aradan qaldırılmasına və qanuna və ya hüquq normalarına uyğun olmayan halların təkrarlanmamasına yönəlib".
Fatimə Dadaşova
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










