İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb

Ərdəbil (iran)- Azərbaycan Respublikası dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bunu İranın Ərdəbil əyalətinin başçısı Əkbər Behnamcu Parsabad şəhərində keçirilən iclasda çıxış edərkən deyib.
Ə.Behnamcunun sözlərinə görə, Ərdəbil – Azərbaycan Respublikası dəmir yolu xətti sərhədlər arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyət daşıyır: “Dəmir yolu xəttinin xəritəçəkmə prosesi və layihələndirilməsi başa çatıb. Dəmir yolu xəttinin tikintisi Ərdəbil əyalətində kənd təsərrüfatı və turizmin inkişafına böyük təkan verəcək”.
O həmçinin Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərinin hava limanının yük daşımaları həyata keçirmək üçün inkişaf etdirilməsinin zərurətindən danışıb və bildirib ki, yaxın zamanlarda hava limanının yenidən qurulması üçün lazım olan vəsait ayrılacaq.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












