İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ

Son aylarda İran–Azərbaycan münasibətlərində yaşanan hadisələr fonunda rəsmi təmasların intensivləşməsi müxtəlif suallar doğurur.
Avtosfer.az xəbər verir ki, Azərbaycanın rəsmi nümayəndələrinin İranın Ali Rəhbəri Əli Xameneinin vida mərasimində iştirakı, eləcə də son dövrdə iki ölkə arasında baş tutan yüksək səviyyəli təmaslar ictimaiyyət tərəfindən maraqla izlənilir.
Bəs mart ayında İran Silahlı Qüvvələrinin Naxçıvanı dronla vurması və digər hadisələr fonunda bugünkü rəsmi səfərlər nəyin göstəricisidir?
Mövzu ilə bağlı Politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan nümayəndə heyətinin İranın mərhum rəhbəri Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirakı, eləcə də Prezident İlham Əliyevin şəxsən İranın Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi iki ölkə arasındakı münasibətlər baxımından mühüm siyasi mesajdır:

''Bu addımlar Azərbaycanın uzun illərdir yürüdüyü xarici siyasətin tərkib hissəsidir. Rəsmi Bakı bütün qonşu dövlətlərlə, o cümlədən İranla münasibətlərin beynəlxalq hüquq prinsipləri, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında inkişaf etdirilməsinin tərəfdarıdır. Azərbaycan və İran arasında tarixi, mədəni, siyasi və iqtisadi əlaqələr mövcuddur. Zaman-zaman münasibətləri gərginləşdirməyə yönəlmiş müxtəlif təxribat cəhdləri müşahidə olunsa da, Azərbaycan hər zaman təmkinli və praqmatik siyasət yürüdərək bu cür halların ikitərəfli münasibətlərə mənfi təsir göstərməsinin qarşısını almağa çalışıb''.
Politoloq qeyd edib ki, Son dövrlərdə, xüsusilə İran Prezidenti Məsud Pezeşkianın hakimiyyəti dövründə Tehran tərəfindən də münasibətlərin normallaşmasına yönəlmiş yanaşma müşahidə olunur:
''Bu isə Azərbaycan–İran əlaqələrinin mehriban qonşuluq və qarşılıqlı əməkdaşlıq müstəvisində inkişafı üçün daha nikbin mənzərə formalaşdırır''.
Fatimə Dadaşova
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












