İran Azərbaycana təşəkkür etdi

İran İslam Respublikası “Şəbahəng” gəmisinin ekipaj heyətinin xilas edilməsi ilə bağlı Azərbaycana təşəkkürünü bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən məlumat verilib. Səfirlik İran İslam Respublikası dövləti adından dost və qardaş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış "Şəbahəng" adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə öz minnətdarlığını bildirir. Qeyd edilir ki, bu humanitar addım İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Eyni halda, Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir. İran İslam Respublikasının Səfirliyi bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin daha da genişlənməsini arzulayır.
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA











