İran bütün hava limanlarını bağladı, uçuşlar təxirə salındı

İranın qərb əyalətlərində yerləşən bütün hava limanlarının fəaliyyəti növbəti xəbərdarlığa qədər dayandırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi xəbər yayıb. Mənbənin məlumatına əsasən, paytaxt Tehranda yerləşən Mehrabad və İmam Xomeyni adına beynəlxalq aeroportlarda da bütün uçuşlar təxirə salınıb.
Qeyd edək ki, bundan əvvəl yerli mətbuat İslam Respublikasının qərbindəki Kirmanşah şəhərində hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bildirib.
Xatırladaq ki, iyunun 7-də İsrail ordusunun Beyruta endirdiyi zərbələrdən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə gərginləşib. Daha sonra İran tərəfi İsrailə doğru çoxsaylı ballistik raketlər atıb. Təl-Əviv isə buna cavab olaraq İslam Respublikasının ərazisindəki hədəflərə hücum edib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












