İrandan Azərbaycana daha 40 nəfər təxliyə edildi - YENİLƏNİB

İrandan Azərbaycana daha 40 nəfərin təxliyəsi baş tutub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, saat 14:00-15:00 aralığında təxliyə olunanların 14-ü Azərbaycan, doqquzu Polşa, altısı Pakistan, dördü Çin, dördü İran, ikisi Kanada, biri Tacikistan vətəndaşıdır.
Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
***14:25
Bu gün saat 12:00-14:00 aralığında dördü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı, həmçinin beş Pakistan və dörd Çin vətəndaşı İrandan təxliyə olunub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
***12:35
Böyük Britaniya və Almaniyanın hər birindən bir vətəndaşın İrandan Azərbaycana təxliyəsi baş tutub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi martın 9-da saat 10:00-12:00 aralığında "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
Bundan başqa, İranın altı vətəndaşının əks istiqamətə keçidi təmin edilib.
***
Fevralın 28-də saat 8:00-dan martın 9-da saat 07:00-dək İrandan Azərbaycana ümumilikdə 1 918 nəfər təxliyə olunub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təxliyə olunanların 314 nəfəri Azərbaycan vətəndaşıdır.
Eyni zamanda, 541 Çin, 290 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya və 26 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 14 Almaniya, 13 Gürcüstan və Macarıstan, 12 Özbəkistan, 10 Bolqarıstan, Konqo Demokratik Respublikası və Nigeriya, 8 Braziliya, Böyük Britaniya və Qazaxıstan, 7 Belarus, 6 BƏƏ, Slovakiya, Kanada və Belçika, 5 Serbiya, Əfqanıstan, Çexiya, İsveçrə, Avstriya və Rumıniya, 4 Bəhreyn, İordaniya, Şri-Lanka, Ukrayna, Türkiyə, Küveyt və Banqladeş, 3 Filippin, Qətər, Meksika, Finlandiya və Xorvatiya, 2 Nepal, Livan, Yəmən, Qırğızıstan, Sudan, Hindistan, Kipr, Sloveniya və İsveç vətəndaşı, həmçinin Polşa, Avstraliya, Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və ABŞ-nin hər birinin bir vətəndaşı Azərbaycana təxliyə olunub.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












