İranla uzunmüddətli müharibə hazırlığı başladı

“HƏMAS-ın 7 oktyabr hücumundan sonra İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) əməliyyat doktrinası dəyişdirilib, artıq bu, gələcək müharibələrin qısamüddətli olacağı ehtimalına əsaslanmır”.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bunu İsrail HHQ-nin yüksəkvəzifəli rəsmisi “Ynet”ə deyib.
HHQ-nin briqada generalı bildirib ki, qüvvələr artıq uzunmüddətli, o cümlədən İrana qarşı genişmiqyaslı və uzun sürəcək hərbi kampaniyaya hazırlaşır:
“Artıq gələcək əməliyyatların qısa sürəcəyini düşünmürük. Uzunmüddətli və tükəndirici müharibələrin necə aparılacağını qiymətləndirmək üçün qabaqcıl modellərdən istifadə edirik. Bunun üçün zəruri imkanlar mövcuddur və bu yanaşma artıq tam şəkildə strukturumuza inteqrasiya edilib”.
Generalın sözlərinə görə, 7 oktyabr hücumu, ondan sonrakı müharibə və regiondakı sürətli dəyişikliklər İsrail HHQ-ni hazırlıq konsepsiyasına yenidən baxmağa vadar edib.
O qeyd edib ki, hazırda əməliyyat dayanıqlığının artırılması, döyüş şəraitində təyyarələrin uyğunlaşdırılması və ehtiyat hissələrinin istehsalının gücləndirilməsi hesabına xarici tədarükdən asılılığın azaldılması istiqamətində iş aparılır.
Rəsmi əlavə edib ki, İsrail HHQ-nin texniki və logistika sistemi də uzunmüddətli müharibələrə hazırlıq məqsədilə yenidən qurulub. Bu sistem köhnə silah və texnikanın saxlanılmasından tutmuş, “Gideon” yanacaqdaşıyan təyyarəsi də daxil olmaqla, yeni avadanlıqların istismara verilməsinədək bütün sahələri əhatə edir.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












