İranlı deputat: Rəşt-Astara dəmiryolu İranı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək

İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Ənzəli-Astara dəmir yolunun çəkilməsi ilə praktiki olaraq İran Azərbaycana və bu vasitə ilə Avropaya birləşəcək.
Avtosfer.Az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin Abadlıq komissiyasının üzvü Hüseyn Əfzəli parlamentin informasiya portalına (icana) verdiyi açıqlamada deyib.
H.Əfzəlinin sözlərinə görə, Rəşt-Ənzəli-Astara dəmiryolunun çəkilməsi çox əhəmiyyətlidir.
Əfzəli əlavə edib ki, Azərbaycan Rəşt-Ənzəli-Astara dəmiryolunun çəkilməsi ilə bağlı investisiyasının yarısını təmin edəcək. Bu isə dəmiryolunun çəkilməsi prosesini daha da sürətləndirəcək: "Bu dəmiryolu Şimal-Cənub Dəhlizinin təkmilləşdirilməsində və İranın iqtisadi inkişafında çox zəruridir. Bu istiqamətdə hökumət və parlament dəqiq proqram tənzimləməli və böyük investisiyanı nəzərdə tutmalıdır".
İranlı parlamentari bildirib ki, bu dəmiryolunun fəaliyyətə başlaması ilə Xəzər dənizi praktiki olaraq Fars körfəzinə birləşəcək.
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA












